Türkiyənin İstanbul şəhərində “şirinlik” almaq üçün gəlin maşınlarının qarşısını kəsərək həyatlarını təhlükəyə atan bir qrup yeniyetmə polis tərəfindən saxlanılıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, görüntülər Kadıköy və Ataşehir rayonlarında yerləşən nikah qeydiyyatı şöbəsinin qarşısında qeydə alınıb.
Kadrlarda, aralarında az yaşlı uşaqların və yeniyetmələrin olduğu bir qrupun hərəkətdə olan gəlin avtomobillərin önünü kəsərək “şirinlik” pul aldıqları görülür.
Agentliyin məlumatına görə, ərazidə xidmət aparan polis əməkdaşları isə, özlərinin və digər sürücülərin həyatını təhlükəyə atan, avtomobillərin hərəkətinə maneə yaradan yeniyetmələri saxlayıb.
Asayiş keşikçiləri, onların üzərinə şəxsi baxış keçirərək yerli qanunvericiliyə uyğun olaraq inzibati qaydada cərimə edib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man