Bakıda qırmızı işıqdan yolayrıcına daxil olan iki avtomobil toqquşub. Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində, “Asan” xidmətin qarşısında baş verib.
“Tofaş” və “Range Rover” markalı avtomobillərin sürücüləri Nazim Hikmət küçəsi ilə kəsişmədə işıqforun qadağanedici nişanının tələblərini pozaraq yolayrıcına-Şərifzadə küçəsinə saxil olurlar. Nəticədə isə bir-birinə çırpılırlar. “Range Rover” markalı avtomobilin sürücüsü son anda qəzadan qaçmağa çalışsa da bu mümkün olmur.
Qeyd edək ki, analoji qəzalar Bakı şəhərində tez-tez baş verir. Belə ki, sürücülər işıqforun son saniyəsində yolayrıcına daxil olur. Bu zaman qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşur. Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man