Rusiyanın İrkutsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 21-də P255 “Sibir” avtomagistralının Usolısk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, avtomagistralda xidmət aparan yol patrul xidmətinin əməkdaşları, “Toyota Cresta” markalı minik avtomobilinə “Saxla” əmri verib, ancaq sürücü əmrə tabe olmayaraq yoluna davam edib. Bundan sonra isə təqib başlayıb, lakin bu qısa sürüb.
Polisdən qaçmağa çalışan sürücü, yüksək sürətlə idarə etdiyi “Toyota Cresta” markalı avtomobillə, yol kənarına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman, qəfildən sükan idarəetməsini itirib və hərəkətin əks istiqamətinə çıxaraq qarşıdan gələn “Mercedes” markalı TIR-la toqquşub.
Zərbənin şiddətindən minik avtomobili iki hissəyə bölünüb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü və 4 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, TIR-ın sürücüsü isə yüngül yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man