Rusiyanın Moskva ətrafında yolun hərəkət hissəsində çılpaq gəzən qadının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Ramensk şəhərində qeydə alınıb.
Kadrlarda, yol patrul avtomobilinin müşayiəti ilə yolun hərəkət zolağında lüt-üryan vəziyyətdə olan bir qadının gəzintiyə çıxdığı əks olunub.
Yerli medianın məlumatına görə, hazırda qadın psixonevroloji dispanserə yerləşdirilib. Aparılan müayinə zamanı onun qanında qadağanedici maddə aşkarlanmayıb.
Video sosial şəbəkədə yayımlandıqdan sonra, istifadəçilər şərhlərdə, qadının aktrisa və federal kanalların birində səyahət-şou proqramının aparıcısı Hilda Karmen olduğunu yazıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man