Türkiyənin Kahramanmaraş vilayətində hərəkətdə olan motosikletin üzərində 6 nəfərin təhlükəli səyahət görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Dulkadiroğlu rayonunun “Trabzon” prospektində qeydə alınıb.
Kadrlarda, üzərində 1-i körpə, 2-si uşaq, 2-si qadın olmaqla, ümumilikdə 6 nəfərin olduğu motosikletin hərəkət etdiyi görülür. Özünü və ailə üzvlərinin həyatını təhlükəyə atan motosikletçi, yol hərəkəti qaydalarını da kobud şəkildə pozaraq yoluna bir müddət də davam edib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man