Əyləci xarab olan zibil maşını 8 avtomobilə ziyan vurdu – ANBAAN VİDEO

Nəqliyyat TV 17 Sentyabr 2020 | 19:16
OXUNUB: 1505

Türkiyənin Hatay vilayətində zibil maşını 8 avtomobilə zərər vurub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Kırıkhan rayonunda baş verib.

Məlumata görə, məişət tullantılarını yığmaq üçün küçəyə girən yük maşınının əyləcində nasazlıq yaranıb. Bundan sonra sürücünün idarəetməsindən çıxan yük maşını yoxuş aşağı sürətlə irəliləyərək yol kənarında park edilmiş 8 nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində yük maşınının sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man