“Qış parkı”nın yaxınlığında “yerüstü ölüm” - VİDEO

Nəqliyyat TV 17 Sentyabr 2020 | 12:50
OXUNUB: 965

“Qış parkı”nın yaxınlığında aparılan müşahidələr göstərdi ki, vətəndaşların bəziləri sanki həyatlarını təhlükəyə atmaq üçün tələsirlər. Günün aydın saatlarında yolu keçmək istəyən piyadaları görmək rahat olsa da, axşam saatlarında vəziyyət bir qədər dəyişir. Çünki qaranlıq saatlarda sürücülər anidən qarşılarına çıxan insanları görməkdə çətinlik çəkirlər.

Bu isə həm piyadaların həyatı üçün ciddi təhlükədir, həm də sürücülər üçün qəza şəraiti yaradır.

Piyadaların özləri üçün keçid hesab etdikləri hissədən təxminən, 4-5 metr aralıda yeraltı piyada keçidi var. Lakin sakinlər bəzən səhlənkarlıqdan, bəzən də yeraltı keçidlərdəki natamam şərait səbəbindən keçiddən istifadə etmirlər. Sakinlər bildirirlər ki, yeraltı piyada keçidlərindəki şərait də ürəkaçan deyil. Keçidlərin bəzilərindəki natəmizlik, eskalatorların tam işlək olmaması sakinlərin buradan uzaq düşməsinə gətirib çıxarır. Çünki keçiddən yalnız gənclər yox, eyni zamanda yaşlı, uşaq arabası ilə gələn valideynlər, uşaqlar da istifadə edirlər. Belə olduqda, onlar yeraltı piyada keçidindən yox, rahat hesab etdikləri “yerüstü keçiddən” istifadə edirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man