Türkiyənin Bolu vilayətində motosikletin və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, qəza D-100 avtomagistralının Paşaköy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan İsmayıl Üremişin idarə etdiyi 14 AAF 379 qeydiyyat nömrə nişanlı motosiklet, təhlükəsizlik zolağında dayanıb arxaya hərəkət edən 14 AAB 490 qeydiyyat nömrə nişanlı minik avtomobilinə çırpılıb.
Zərbənin şiddətindən metrlərlə havaya qalxan motosikletçi asfalta dəyib.
Qəza nəticəsində ağır xəsarətlər alan İsmayıl Üremiş, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man