Manevr edən “Lada” “Mitsubishi” ilə toqquşdu; 4 ölü, 4 yaralı - VİDEO

Nəqliyyat TV 14 Sentyabr 2020 | 20:05
OXUNUB: 1429

Rusiyanın Samara əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istindən xəbər verir ki, qəza sentyabrın 14-də “Otradno-Boqatoe-Borsk” şosesinin 35-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi “Lada Kalina” markalı minik maşını ilə, manevr edərək yolun soluna hərəkət etmək istəyərkən, həmin zolaqdan  gələn “Mitsubishi Lancer” markalı avtomobillə toqquşub. Zərbənin şiddətindən “Lada” yol kənarına düşüb.

Qəza nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man