Fransada yerli sakin toya getmək üçün kirayələdiyi bahalı avtomobillə kütləvi qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Parisdə baş verib. Bu barədə “Twitter Mason” qəzadan sonra görüntülər paylaşıb.
Məlumata görə, şəhər sakini toya getmək üçün şirkətdən “Audi R8 Spyder” markalı avtomobil kirayələyib. İçərisində dostlarının da olduğu avtomobili paytaxtın küçələrində sürətlə idarə edən şəxs, qəfildən sükan idarəetməsini itirərək 13 nəqliyyat vasitəsini vura-vura irəliləyib və sonda “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Audi” iki hissəyə bölünüb, mühərriki isə hadisə yerindən bir neçə metr irəliyə düşərək yanıb. Qəzadan sonra sürücü və sərnişinlər hadisə yerindən yayınıblar.
Bildirilir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, ancaq avtomobillərə ciddi ziyan dəyib.
Hazırda polis hər yerdə qəzaya səbəb olan sürücünü axtarır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man