Türkiyənin Antalya şəhərində avtomobilin maqnitofonunda musiqinin səsini sonadək ucaldıb küçənin ortasında göbək rəqsi oynayan qadınların görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə “Yalı” küçəsində qeydə alınıb.
Kadrlarda, yol kənarına park edilən “Mercedes”dən 3 qadının endiyi və avtomobilin maqnitofonunda musiqinin səsini sona qədər ucaldaraq yolun ortasında rəqs etdikləri görülür.
İki qadın rəqs edərkən, digəri də onları mobil telefon vasitəsilə kameraya çəkib.
Qadınlar daha sonra maşına minərək küçədən uzaqlaşıblar.
Qeyd edək ki, ölkə daxilində koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tətbiq olunan karantin rejimi çərçivəsində, 81 əyalətdə restoranlarda, kafelərdə, otellərdə saat 00:00-dan sonra canlı və ya səs yazısından musiqi çalınması qadağan edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man