Yaponiyanın “Peach Aviation” aviaşirkətinə məxsus təyyarə, maska taxmayan sərnişinə görə, məcburi eniş edib. Avtosfer.az xəbər verir ki, hadisə Kusiro – Osako şəhərləri arasında reys həyata keçirən laynerdə qeydə alınıb.
“NHK” telekanalının məlumatına görə, belə bir hadisə Yaponiyada ilk dəfədir ki baş verir.
Belə ki, göyərtəsində 124 nəfərin olduğu hava gəmisində, bort işçiləri bir sərnişindən maska taxmasını xahiş edib. Lakin kişi bundan imtina edib və işçilərin çoxsaylı təkidindən bezən şəxs hay-küy salıb. O, bərkdən qışqıraraq heyət üzvlərini və ona etiraz edən digər sərnişinləri təhdid edib. Nəticədə pilot marşrutun yarısında Niiqate şəhər hava limanına enməyə məcbur olub.
Daha sonra qaydalara tabe olmayan sərnişin göyərtədən endirilib.
Təyyarə 2 saat gecikmə ilə Osakaya uçub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man