“Chevrolet” TIR-la toqquşdu; 4 ölü, 5 yaralı - VİDEO

Nəqliyyat TV 08 Sentyabr 2020 | 13:37
OXUNUB: 2061

Rusiyanın Krasnodar bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza sentyabrın 8-də səhər saatlarında Krasnodar – Eysk trasının 75-ci kilometrliyində Bryüxoveçk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Chevrolet Lanos” markalı minik avtomobili, sürücünün sükan hakimiyyətini itirməsi səbəbindən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn "Kamaz" markalı TIR-la toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb.

Qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man