Hava şarı yandı; 1 ölü, 3 yaralı - VİDEO

Nəqliyyat TV 08 Sentyabr 2020 | 09:42
OXUNUB: 3928

Macarıstanda içərisində 4 nəfərin olduğu hava şarı yanıb. Avtosfer.az xəbər verir ki, hadisə ölkənin cənubunda Feyer dairəsi ərazisində baş verib. Bu barədə yerli “İnfostart” portalı məlumat yayıb.

Portalın məlumatına görə, şar havaya qalxdıqdan təxminən 150 metr sonra yanmağa başlayıb. Bu zaman iki qadın, bir kişi dərhal özlərini səbətdən yerə atıblar. Ancaq 1 kişi isə buna müvəffəq ola bilməyib, daha da hündürlüyə qalxıb. Bir müddət sonra isə alovlar hava şarının konstruksiyasını bürüyüb və içindəki şəxslə birgə yerə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər (ikisi qadın, biri kişi) isə ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hələlik onları şəxsiyyətləri müəyyənləşdirilməyib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man