“Hyundai” yük maşınının altına girdi; hər iki avtomobil yanıb kül oldu – ANBAAN VİDEO

Nəqliyyat TV 04 Sentyabr 2020 | 23:59
OXUNUB: 3973

Rusiyanın Leninqrad əyalətində yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 4-də gecə saatlarında M11 “Neva” trasının Tosnensk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Solaris” markalı minik avtomobili, eyni istiqamətdə irəliləyən, “Mercedes-Benz” markalı qoşqulu yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən “Hyundai” yük maşının qoşqusunun altına girib. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.

Hadisə nəticəsində minik avtomobilinin sahibi hadisə yerində ölüb, TIR-ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man