Qaydaları pozan velosipedçilərə dərs olacaq qəza – ANBAAN VİDEO

Nəqliyyat TV 04 Sentyabr 2020 | 19:56
OXUNUB: 1936

Rusiyanın Moskva əyalətində qayda pozan velosipedçinin ağır xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Elektrostal şəhərinin Oktyabr və Komsomol küçələrinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, “Renault Sandero” markalı minik avtomobilinin yol verməli olduğu “Qazel” markalı yük maşını ilə toqquşduğu görülür.

Bundan sonra idarəetmədən çıxan “Qazel”, əks zolağa çıxaraq irəliləyən velosipedçiyə çırpılır.

Zərbənin təsirindən velosipedçi havada uçaraq otluq yerə dəyir.

Yerli KİV-in məlumatına görə, velosipedçi aldığı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man