Maskasız avtobusa buraxılmayan sərnişin etirazını bu cür bildirdi - VİDEO

Nəqliyyat TV 04 Sentyabr 2020 | 18:00
OXUNUB: 1136

Türkiyənin Antalya şəhərində maskasız ictimai nəqliyyata buraxılmayan sərnişin, acığa düşərək öz üsulu ilə avtobusla getmək qərarına gəlib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin görüntüləri Muradpaşa rayonunun “Aşıq Veysəl” küçəsində qeydə alınıb.

İddiaya görə, sürücü maskası olmayan sərnişinə, avtobusla getməsinə icazə verməyib. Bundan sonra sərnişinlə sürücü arasında qısa müddət sözlü mübahisə baş verib. Daha sonra isə acığa düşən şəxs, sürücüyə etiraz olaraq avtobusun önünə keçərək siləcəklərdən tutub. Bu vəziyyətdə bir müddət irəliləyən sərnişin, avtobusun sürətini artırması ilə özünü yol kənarına atıb.

Həmin anın videosu isə, bir avtomobilin sahibi tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man