Türkiyənin İstanbul şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda qeydə alınıb.
Məlumata görə, 34 VZ 2618 qeydiyyat nömrə nişanlı minik avtomobilinin sürücüsü, yüksək sürətlə hərəkətdə olarkən, qəfildən nəqliyyat vasitəsi üzərindəki hakimiyyəti itirərək, yol kənarında park edilmiş TIR-a arxadan çırpılıb. Zərbənin şiddətindən “Ford” yarıya kimi yük maşının altına girib.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarətlər alıb. Yaralı, hadisə yerinə cəlb olunan ambulansla xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man