Rusiyanın Moskva ətrafında başı telefona qarışan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Şelkovo şəhəri, “Baxçivanci” dəmiryolu stansiyası yaxınlığında qeydə alınıb.
Bildirilir ki, qadın sürücü idarə etdiyi avtomobillə, hərəkətdə olarkən sükan arxasında mobil telefonla danışıb və bu arada bir başqa maşınla toqquşacağını görərək qəfil manevr edib. Bundan sonra idarəetməni itirən qadın, gözünü açdıqda görüb ki, dəmiryolu relslərinin üzərindədir.
Xoşbəxtlikdən həmin zaman oradan qatar keçməyib.
Qəza nəticəsində sürücü yüngül xəsarətlər alıb, avtomobilə isə ciddi ziyan dəyib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man