Dağıstanda toy kortejində baş verən yol qəzasının görüntüləri mobil telefon vasitəsilə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Kizlyar rayonu ərazisində baş verib.
Kadrlarda, toy karvanında olan avtomobillərdən birinin sərnişininin pəncərədən çıxaraq maşınları çəkdiyi və nəqliyyat vasitələrinin ard-arda hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı etdiyi görülür.
Bundan sonra isə bir anda qəza baş verir.
Şahidlərin sözlərinə görə, hadisədə 5 nəqliyyat vasitəsi toqquşub. Nəticədə ölən olmasa da xəsarət alanların olduğu bildirilib.
Digər təfərrüatlar barədə isə məlumat verilmir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man