Ukraynanın Odessa şəhərində motosikletli piyada keçidində qadını iki körpəsi ilə birlikdə vurub. Avtosfer.az xəbər verir ki, hadisə “Semena Paliya” küçəsində qeydə alınıb.
Qəza anı bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən görüntülənib.
Kadrlarda, qadın içərisində iki körpə uşağı olan araba ilə piyada keçidinə daxil olduğu və sonra avtomobillərin yavaşlayaraq dayandığı görülür.
Qadın körpələri ilə bərabər yolun digər tərəfinə çatdığı zaman isə, sürətlə hərəkətdə olan bir motosikletli əyləcə vaxtında sıxmayaraq onlara çırpılır.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində qadın və uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Zərbənin təsirindən motosikletin asfalta çırpılan qız sərnişinin isə qolu sınıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man