Başqırdıstan Respublikasının Ufa şəhərində “təcili tibbi yardım” maşınının və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə Nevsk və Pervomaysk küçələrinin kəsişməsində qeydə alınıb.
Kadrlarda, sirenasını yandıraraq yol kəsişməsindən keçməyə çalışan “təcili tibbi yardım” maşınına, sürətlə hərəkətdə olan “Geely MK Cross” markalı avtomobilin çırpıldığı görülür.
Zərbənin təsirindən “təcili tibbi yardım” maşını yan üstə aşır.
Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “təcili tibbi yardım”da olan feldşer və bir yaşında uşaq xəsarətlər alıb.
Yaralılar, hadisə yerinə çağırılan digər tibbi maşınla xəstəxanaya çatdırılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man