Qəzada əzik-əzik olmuş mikroavtobusun yolda sürət yarışı - VİDEO

Nəqliyyat TV 26 Avqust 2020 | 15:53
OXUNUB: 1209

Türkiyənin Adıyaman vilayətində, qəzada kuzası yarasız hala düşmüş mikroavtobusun yolda sürətlə hərəkət etməsi görənlərin heyrətinə səbəb olub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, görüntülər Khata-Adıyamandan trasında qeydə alınıb.

Kadrlarda, qəza nəticəsində deformasiyaya uğramış 44 AAV 185 qeydiyyat nömrə nişanlı mikroavtobusun sürətlə hərəkət etdiyi görülür. Tavanı çökmüş, qapıları bağlanmayan və şüşələri olmayan mikroavtobus, bu vəziyyəti ilə açıq-aşkar qəza təhlükəsi yaradır.

Özünün və digər hərəkət iştirakçılarının həyatını heçə sayaraq irəliləyən bu sürücü, yolda bir müddət irəlilədikdən sonra gözdən itib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man