Türkiyənin İzmir şəhərində bir qrup şəxs avtomobilləri ilə yolu bağlayaraq rəqs ediblər. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, Bayraklı rayonunda qeydə alınan görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, “Bayraklı Tüneli”ndə nəqliyyatın intensiv olduğu zaman, toya gedən bir qrup şəxsin avtomobillərlə yolu bağlayaraq musiqi sədaları altında rəqs elədikləri görülür.
Əyləncələrinin tuneldə uzun tıxac yaratmasına baxmayaraq, onlar buna məhəl qoymayıblar.
Bir müddət davam edən bu özbaşınalıq, konvoyun yoluna davam etməsi ilə sona çatıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man