Bu gün Rusiyanın Volqoqrad şəhərində yanacaq doldurma məntəqəsində propanla dolu avtosisternin partlaması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, yaralılardan 4-ü yanğınsöndürmə əməkdaşı olmaqla ümumilikdə 10 nəfər xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlərin 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Onlardan birinin bədəninin yarı hissəsi yanıb. Digər iki nəfər isə tibbi yardımdan imtina edib.
<><><><><<>15:00<><><><><><><>
Rusiyanın Volqoqrad şəhərində qazla dolu avtosistern partlayıb. Avtosfer.az xəbər verir ki, hadisə “Lenin” prospektində qeydə alınıb.
Məlumata görə, propanla dolu avtosistern yanacaq doldurma məntəqəsində çənləri doldurarkən qəfildən yanğın başlayıb və bundan sonra əraziyə dərhal yanğınsöndürmə bölmələri cəlb edilib. Alovların mühafizəsi zamanı güclü partlayış baş verib. Zərbənin təsirindən yanğınsöndürmə bölməsinin əməkdaşları bir neçə metr kənara düşüblər.
Partlayış nəticəsində 8 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda yanğın lokallaşdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Diqqət: Videoda qeyri-etik sözlər işlədilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man