Avtomobildə arı sürücünü sancdı; xəstəxanaya aparılarkən yolda öldü - VİDEO

Nəqliyyat TV 23 İyul 2020 | 23:00
OXUNUB: 931

Türkiyənin Adana vilayətində sürücü arı sancmasından dünyasını dəyişib. Avtosfer.az İHA-ya istinadən qeydə alınıb.

İddiaya görə, TIR xəbər verir ki, hadisə D-400 avtomagistralının Sarıçam rayonu ərazisindən keçən hissəsində sürücüləri olduqları müəyyənləşən Xəlil İbrahim Şıq ilə Saleh Yılmaz, 01 ADL 066 qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Ceyhan rayonu istiqamətində hərəkətdə olublar. İki dost “Misis” qovşağında dayandıqları zaman, pəncərədən salona daxil olan arı Saleh Yılmazı sancıb. Xəlil İbrahimə allergiyasının olduğunu deyən Salehin səhhəti pisləşib. Bundan sonra Xəlil təcili tibbi yardıma zəng vurub. Saleh, hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man