Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun şüşəsini qırıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda qeydə alınıb.
İddiaya görə, bir şəxs ailəsi ilə birlikdə uşağına aid endirim kartından istifadə edərək marşrut avtobusuna minib. Ancaq kartda ödəniş az olduğundan gediş haqqını nağd pulla ödəmək istəyən zaman, sürücü buna etiraz edib. Sürücünün “nağd pul qəbul etmirik” sözlərinə əsəbiləşən şəxs bir müddət hay-küy salıb, digər sərnişinlər tərəfindən aşağı endirilib. Lakin əsəbləri heç cür cilovlaya bilməyən sərnişin bu dəfə avtobusun şüşəsini sındırıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man