Rusiyanın Novosibirsk əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 18-də Kolçov qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, 17 yaşlı sürücü idarə etdiyi “Renault Logan” markalı minik avtomobillə, hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirərək yoldan çıxıb və havada uçaraq su kanalının divarına çırpılıb. Zərbənin şiddətindən nəqliyyat vasitəsində olan 18 yaşlı oğlan kənara düşüb.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man