Zirə-Pirallahı yolunda "protiv" gedən sürücülər təhlükə saçır - VİDEO

Nəqliyyat TV 16 İyul 2020 | 17:05
OXUNUB: 1698

 

Bakıda qaydaları kobud şəkildə pozaraq təhlükə yaradan 3 sürücünün hərəkətləri kameraya düşüb. 

Bu barədə "MediaPost"a oxuculardan biri məlumat göndərib. 

Belə ki, Zirə-Pirallahı yolunda 90 RL 640 dövlət nömrə nişanlı, "KAMAZ" markalı yük avtomobili əks istiqamətdə hərəkət edir. Eyni zamanda elə həmin ərazidə "Şamaxılılar" deyilən yerdə 10 XP 992 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü günün qaranlıq saatlarında magistral yolda əks istiqamətdə gedir. Qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü son anda qəzadan xilas olur. Daha bir avtomobil ilə Qala-Pirallahı yolu ilə Zığ şosesini birləşdirən magistral yolda əks istiqamətdə çıxır. Belə ki, 99 EA 317 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü bu hərəkəti ilə qəza şəraiti yaradır.

Sakinlər “MediaPost”a deyir ki, ərazidə tez-tez ağır qəzalar baş verir: “Sözügedən ərazidə müşahidə kameraları quraşdırılmalıdır. Sürücülər bu boşluqdan istifadə edirlər”

img

Ümid edirik ki, Dövlət Yol Polisi bu surücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görəcək.

Videonu təqdim edir:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man