Yolda mübahisə etdiyi həmkarının avtomobilini əzik-əzik etdi - VİDEO

Nəqliyyat TV 15 İyul 2020 | 22:18
OXUNUB: 1804

Səudiyyə Ərəbistanının Asir əyalətində sürücünün avtomobillə yolda mübahisə etdiyi şəxsin maşınına vuraraq yararsız vəziyyətə salması, həvəskar kamera tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Rafidah şəhəri ərazisində qeydə alınıb.

Kadrlarda, sürücü idarə etdiyi “Toyota FJ Cruiser” markalı avtomobillə, yolda mübahisə etdiyi həmkarının “Toyota”sına dəfələrlə zərbələr endirdiyi görülür. Bir müddət davam edən təhlükəli hərəkətlər, zərərçəkənin avtomobilini yol kənarına çəkərək nəqliyyat vasitəsindən düşüb qaçmasından sonra başa çatıb. Ancaq münaqişə bununla da bitmir yol kənarında da davam edir.

Əyalət polis idarəsinin nümayəndəsi Zaid Əl-Dabbaşın məlumatına görə, hadisədə iştirak edən 4 nəfər saxlanılıb, insidentin dəqiq səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man