Türkiyənin İstanbul şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 14-də axşam saatlarında “Qartal sahil” yolunda qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb.
Məlumata görə, manevrlər edərək sürətlə hərəkətdə olan, Mərdcan Madenin idarə etdiyi 41 LC 484 qeydiyyat nömrə nişanlı “Tofaş” markalı minik avtomobili, idarəetmədən çıxaraq körpünün dirək sütununa çırpılıb. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Tofaş”da olan 4 nəfərdən 2-si ölüb, 2-si isə xəstəxanaya çatdırılıb.
Yararsız vəziyyətə düşən minik avtomobili, evakutorun köməkliyi ilə avtodayanacağa aparılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man