Watsapp-da səs yayaraq ağlayan təxribatçı erməni çıxdı - DİQQƏT! - VİDEO

Nəqliyyat TV 15 İyul 2020 | 11:53
OXUNUB: 3634

Bu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni. İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır. Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb. 

Bir az təcrübəsiz və təlaşa meylli adamlar, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik. 

Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb. 

Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. "Artist"in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir. 

Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.

Müharibədir, Allah iraq eləsin, qara xəbər olanda özümüz yarım saat tez, yarım saat gec, xəbər verəcəyik. Ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

Düşmən gözünüzün önündədir və o, bur cür "artistlikləri" yaxşı bacarır. 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man