Türkiyənin Muğla əyalətində qadın sürücünün idarə etdiyi avtomobil yanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Milas rayonunda qeydə alınıb.
Məlumata görə, hamilə olduğu deyilən Pınar Karaman idarə etdiyi 48 ACY 08 qeydiyyat nömrə nişanlı avtomobillə, hərəkətdə olarkən anidən mühərrik hissədən alovlanmağa başlayıb. Bundan sonra Pınar avtomobili yolun kənarına çəkərkən hadisəni görən digər sürücülərdən Əli Tiriç, özünü itirən Karamanı avtomobildən çıxarıb. Daha sonra isə yanğınsöndürmə bölmələrinə zəng vurub. İnsident yerinə gələn yanğınsöndürənlər avtomobili yanğından mühafizə edərək, alovların yaxınlıqdakı meşəlik əraziyə keçməsinin qarşısını alıblar.
Yanğın nəticəsində avtomobil yanaraq idarə edilməz hala gəlib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man