Vətəndaşlar yol polisinin bu işindən razılıq etdi - VİDEOREPORTAJ

Nəqliyyat TV 14 İyul 2020 | 10:00
OXUNUB: 1288

Artıq bir həftədir ki, Bakı şəhərinin daxilində quraşdırılmış karantin postları mobil xidmətlə əvəz edilib. Yol polisi əməkdaşları həm dislokasiya üzrə xidmət aparan zaman, həm də mobil postlarda sürücüləri saxlayaraq yoxlayır. Ümumilikdə nəzarət mexanizmi bununla həm gücləndirilib, həm də effektib olub. Əlavə vaxt itkisi olmadan proses həyata keçirilir.

Sürücülər də bu durumdan razılıq edirlər.

Təəssüf ki, “postlar yoxdur” fikri ilə icazəsiz evdən çıxan sürüclər də olur. Yol polisi əməkdaşları onları saxlayıb yoxlayır və icazə sənədi olmadıqda inzibati qaydada cərimə tətbiq olunur. Çəkiliş apardığımız zaman cərimə olunan sürücülərə də rast gəldik.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı hesab edir ki, postların götürülməsi sürücüləri arxayın salmamalıdır. Çünki yol polisi istənilən an onları saxlayıb yoxlaya bilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, mobil postların tətbiqi daha effektiv nəticələr verir. Eyni zamanda sürücülər də bu xidmətdən razılıqlarını ifadə edirlər.

Ətraflı videomaterialı təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man