Spirtli içki içib sükan arxasına keçməyin sonu - VİDEO

Nəqliyyat TV 11 İyul 2020 | 19:01
OXUNUB: 1569

Tatarıstanda furqonun və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə M-7 Federal avtomagistralının Tukaev rayonundan keçən hissəsində baş verib.

Kadrlarda, əks zolaqda hərəkətdə olan furqonun qarşı yola çıxaraq sağa-sola manevrlər edərək irəlilədiyi və qəzanı qeydə alan minik avtomobillə toqquşduğu görülür.

Hadisə nəticəsində furqonun 35 yaşlı sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, qəzaya səbəb olan sürücü sükan arxasında sərxoş olub.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man