Rusiyanın Soçi şəhərində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyulun 8-də “Parkovaya” küçəsində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yol kəsişməsində manevr edən zaman, sükan idarə etməsini itirib və səkidə irəliləyən 2 nəfəri - hamilə qadını və onun həyat yoldaşını vurub. Daha sonra isə park edilmiş iki maşına çırpılıb.
Qəza nəticəsində 2 nəfər yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Polis hazırda hadisə ilə bağlı araşdırma aparır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man