Zibil maşını yolu keçən qadını vurub üstündən bir neçə dəfə keçdi – ANBAAN VİDEO

Nəqliyyat TV 05 İyul 2020 | 11:15
OXUNUB: 2103

Türkiyənin İstanbul şəhərində zibil daşıyan maşın yolu keçən qadını vuraraq üstündən keçib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurd rayonunda qeydə alınıb.  

Məlumata görə, küçədə tullantı konteynerlərinin boşaldılmasını gözləyən Rıdvan A. adlı sürücü, idarəetməsində olan zibil maşını ilə yol kənarında dayanıb. Maşının arxasında olan təmizlik işçiləri isə tullantıları boşaltmaq üçün işə başlayıblar. Bu zaman Nərgiz Çiftçi adlı bir qadın dükandan çörək aldıqdan sonra yolu keçmək üçün zibil maşınının qarşısında yolun boşalmasını gözləyib. Bunu fərq etməyən Rıdavan A., bir anda maşını hərəkətə gətirərək Nərgiz Çiftçini vurub və zərbənin təsirindən yerə yıxılan qadının üstündə keçib. Yalnız ətrafdakıların xəbərdarlığından sonra sürücü yük maşınını saxlayıb, amma bu dəfə də maşın geriyə hərəkət edərək yenidən qadının üzərindən keçib.

Vətəndaşlar, təkərin altında sıxışaraq qalan qadını çıxarıblar, sürücü isə hadisə yerindən yayınıb.

Zərərçəkən hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər qadının həyati təhlükəsinin olduğunu bildiriblər.

Sürücü Rıdvan A., daha sonra polis tərəfindən yaxalanaraq ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man