Çinin cənub-qərbində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəzanın görüntüləri Çunçin şəhəri ərazində qeydə alınıb.
Kadrlarda, mikroavtobusun ötmə əməliyyatı yerinə yetirdiyi və bu zaman anidən sürücünün sükan idarəetməsini itirdiyi görülür. İdarəetmədən çıxan nəqliyyat vasitəsi aşaraq dəmir arakəsmələrə çırpılır və asfaltda bir neçə dəfə fırlanaraq alovlanır.
Hadisəni fərq edən sürücülərdən biri yanan maşının ön şüşəsini ayağı ilə qıraraq içərisindəki insanların salondan çıxmasına kömək olur.
Yerli KİV-in məlumatına görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man