“Obqon”a keçən “Hyundai” TIR-la toqquşdu; 2 nəfər öldü - VİDEO

Nəqliyyat TV 28 İyun 2020 | 17:48
OXUNUB: 1736

Rusiyanın Sverdlovsk əyalətində iki yük avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Perm – Yekaterinbuq” avtomagistralında qeydə alınıb.

Kadrlarda, “Hyundai Porter” markalı yük avtomobilinin sürücüsü əks istiqamətə çıxaraq ötmə əməliyyatı yerinə yetirdiyi və bu zaman qəfildən sükan idarə etməsini itirərək əvvəlcə dəmir arakəsmələrə, sonra isə qarşıdan gələn TIR-la toqquşduğu görülür.

Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, qəza nəticəsində “Hyundai”ın 1986-cı ilə təvəllüdlü sürücüsü və onun 1988-ci il təvəllüdlü qadın sərnişini dünyasını dəyişib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man