Türkiyənin Qaziantep şəhərində iki mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 26-da İslahiye rayonunda qeydə alınıb. Bu barədə “İHA” agentliyi məlumat yayıb.
Əldə edilən məlumata görə, Hatayın Haasa rayonundan Qaziantepin Nurdağ rayonuna cehiz aparan Əli Ç.-nin idarə etdiyi 27 FD 034 qeydiyyat nömrə nişanlı “Ford” markalı mikroavtobus, tarla işçilərini daşıyan Hacı Hüseyn K.-nın idarə etdiyi 31 MB 2818 qeydiyyat nömrə nişanlı “Mercedes” markalı mikroavtobusla toqquşub.
Zərbənin şiddətindən hər iki mikroavtobusun ön hissəsinə ciddi ziyan dəyib.
Qəza nəticəsində 2-si ağır olmaqla, ümumilikdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hazırda polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man