Son dövrlərdə sürücülər avtomobilə yaxınlaşaraq özünü maşına vuran və daha sonra "telefonum sındı" bəhanəsi ilə pul qoparmaq istəyən şəxslərdən şikayət edirlər. Oxuculardan biri Avtosfer.az-a başına gələn hadisə barədə məlumat verib. Belə ki, paytaxtın Cəfər Xəndan küçəsində (Daxili Qoşunların Baş İdarəsinin yanı) asta sürətlə hərəkətdə olan zaman qarşıdan gələn orta yaşlı kişi qəfil maşına deyib. Daha sonra isə telefonunun yerə düşdüyünü və sındığını bildirib. Həmin şəxs sürücünü onu avtomobillə vurmaqda günahkar çıxartmağa çalışıb. Lakin avtomobildə videqeydiyyatçı olduğunu görəndən sonra isə fikrindən daşınıb.
Sürücülərə bu cür hallarda daha diqqətli olmağı tövsiyyə edirik. Eyni zamanda şəxsin video və fotolarını təqdim edərək tanımağınızı istəyirik.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man