"Qorxmuyun blət" deyərək "avtoşluq" edən sürücü həbs edildi - VİDEO - FOTO

Nəqliyyat TV 24 İyun 2020 | 15:17
OXUNUB: 7206

Bakıda avtoxuliqanlıq edərək qaydaları pozan sürücü həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Səbuhi İsayev özünə məxsus 10 ON 906 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə şəhərin mərkəzi küçələrində təhlükəli manevrlər edib. Eyni zamanda bu hərəkətini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. 
Qeyd edək ki, sürücü kobud qayda pozuntularına yol verdiyi üçün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şöbə rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev Avtosfer.az-a bildirib ki, sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Səbuhi İsayevin sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs olunub. 
Şöbə rəisi onu da əlavə edib ki, sürücülərin bu cür hərəkətlərə yol verməsi acı sonluqla nəticələnə bilər. "Bəziləri bu cür təhlükəli hərəkətlər edərək sosial şəbəkələrdə paylaşır. Amma nəzərə alın ki, yol polisi həm sosial şəbəkələrdə yayılmış görüntüləri, eyni zamanda "Təhlükəsiz şəhər" kameralarının görüntülərini ciddi şəkildə araşdırır. Müvafiq qayda pozuntuları dərhal aşkarlanır və sürücülər cəzasını alır."

Videonu təqdim edirik:

 

Musa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man