Avtomobil sexi açanı aktyor yarım milyona maşın aldı - FOTO

Nəqliyyat TV 24 İyun 2020 | 13:59
OXUNUB: 1222

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun “Maslak Oto Sanayi Sitesi”ndə təmir sexi açdığı iddia edilib.

Avtosfer.az xəbər verir ki, sexdə köhnə avtomobillər əvvəlki görünüşə qaytarılacaq.

Kıvanç müxtəlif dövr və illərə aid avtomobilləri toplayaraq, həmin sexə təhvil verdiyi bildirilib.

K.Tatlıtuğ təbiətə və avtomobilə olan böyük sevgisi ilə tanınır. Yaraşıqlı aktyorun həm avtomobil, həm də motosiklet kolleksiyası var.

Tatlıtuğun ən böyük hobbilərindən biri də avtomobilləri öz istəyinə uyğun dəyişdirərək, modifikasiya etməsidir.

Kıvanç bahalı kolleksiyasına 1970-ci ilin “Chevrolet Monte Carlo” model avtomobilini də əlavə edib.

Tatlıtuğ retro nəqliyyat vasitəsinə 500 min türk lirəsi (təxminən 124 min manat - red.) pul xərcləyib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man