“Volkswagen” “Ford”la toqquşdu; 7 nəfər xəsarət aldı – FOTO + VİDEO

Nəqliyyat TV 19 İyun 2020 | 21:15
OXUNUB: 2481

Rusiyanın Çelyabinsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 19-da Maqnitoqorsk şəhərində qeydə alınıb.

Məlumata görə, “Volkswagen Polo” markalı minik avtomobilinin sürücüsü yol kəsişməsində hərəkət qaydalarına riayət etməyərək manevr etmək istəyərkən, qarşıdan gələn “Ford Focus”la toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsinin ön hissəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində avtomobillərin sürücüləri, “Volkswagen”dəki 6, 10, 13 yaşlarında uşaq və 1 sərnişin, “Ford Focus”da olan daha bir şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man