Komitə sədri: “Bəzi din adı altında fəaliyyət göstərən qüvvələr ekstremizmə rəvac verir”

Müsahibə 21 May 2019 | 17:17
OXUNUB: 2662
 
"Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Bu baxımdan, istənilən dini-ideoloji baxışları konteksdən çıxararaq zorakı və aqressiv şəkildə təqdim etmək olar”.

"Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir: "İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur. Bəzi din adı altında fəaliyyət göstərən qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ekstremizmə rəvac verirlər”.

DQİDK sədri bu cür mənfi təzahürlərin qarşısının alınmasında dini maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu deyib.

O, həmçinin əlavə edib ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artır: "Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man