"Özümü "Qarabağ" komandası kimi hiss edirəm" - İqbal Ağazadə

Müsahibə 03 Mart 2020 | 17:10
OXUNUB: 2704
 

Fanat.Az olaraq zaman-zaman qeyri-idman adamlarının da ölkə idmanı haqda düşüncələrini öyrənməkdə maraqlıyıq. Budəfəki müsahibimiz tanınmış siyasətçi - "Ümid" partiyasının sədri İqbal Ağazadə oldu.

 

- Bir az ritorik də olsa, belə bir sual ünvanlamaq istəyirəm: son günlərdə "Sabah" futbol komandası ilə "Qarabağ" futbol komandasının oyunu keçirildi və hesab 0-0, yəni heç-heçə oldu. Hakimin ədalətsiz qərarları Ağdam təmsilçisinin qələbə qazanmasına imkan vermədi. Özünüzü "Sabah" kimi hiss edirsiz yoxsa, "Qarabağ"?

- Mənim hər zaman qorxduğum iki şey olub, haqdan və haqsızlıqdan. Mən hakim ədalətsizliyini çox görmüşəm, istər oyunlarda, istər gündəlik həyatda. Özümü daha çox "Qarabağ" futbol komandası kimi görürəm.

- Siyasətdə qılınc oynatmağa necə baxırsız?


Mən siyasətdə qılınc oynatmağın tərəfdarı deyiləm. Siyasətdə nərd oynamağın tərəfdarıyam. Nərd belədir ki, həm zərin köməkliyi olur, həm də komanda şəklində 15 nəfərlə, yəni 15 daşla başlayır, elə 15 daşla da bitir. Heç kimi güdaza vermədən... 

- Deyirlər ki, futbol siyasətdi. Razısız?


-
 Futbol kommersiyadı.

- Rəqiblərinizi şahmat oyununda hansı fiqurla müqayisə edərdiz?


Mən şahmatı sevmirəm.

- AFFA-nın icraçı vitse - prezidenti Elxan Məmmədov əvvəllər futbol sahəsində işləməyib. 1996-1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi, 2000-2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində çalışıb. Siyasətdə də adamların yeri səhv düşəndə görülən işlər Azərbaycan futbolunun gününə qalır?

- Mən hesab etmirəm, Elxan Məmmədovun yeri düzdür ya səhvdir. Lakin verdiyiniz təhlil əsasında deyə bilərəm ki, Elxan Məmmədov futbol oynamayıb ki, Elxan Məmmədov menecerlik edib. Menecerlik etməyin özünün institutu var və insanlar menecerliyi çox yaxşı bacara da bilərlər. Dünyada futbol menecerlərinin böyük əksəriyyəti heç vaxt futbolla məşğul olmayan və yaxud da, futbol oynamayan menecerlərdi. Siyasətdə adamların yerinin səhv düşməsinə gəldikdə, hansı sahədə olur olsun, adamların yeri səhv düşəndə problem olur. Bir həkim qorxuludur yeri səhv düşəndə, bir də siyasətçi. Həkim insanların sağlamlığının keşiyindədi, siyasətçi cəmiyyətin. Hər iksinin yeri səhv düşəndə, biri insan həyatına son qoyur, biri cəmiyyətin inkişafına.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man