"Qərbin Rusiyanı təcrid etmək cəhdi alınmadı" - Volodin

Media 24 Oktyabr 2024 | 12:45
OXUNUB: 1943

“Qərbin Rusiyanı təcrid etmək cəhdləri gözlənilən nəticəni vermədi”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib. O bildirib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin uğurudur.

 

“ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun vaxtı keçib. 36 ölkənin nümayəndəsi BRİCS sammitində iştirak etmək üçün Kazana gəlib. 22 nümayəndə heyəti ən yüksək səviyyədə təmsil olunur... Nəticə olaraq, Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğradı”, - Volodin qeyd edib.

 

O vurğulayıb ki, Rusiya Qərbin təzyiqlərinə baxmayaraq, beynəlxalq əlaqələri fəal şəkildə inkişaf etdirməkdə davam edir: “BRICS-in Kazanda keçirilən sammitində çoxlu sayda ölkənin iştirakı və yüksək səviyyədə təmsil olunması beynəlxalq ictimaiyyətin Rusiya Federasiyası ilə əməkdaşlığa maraq göstərməsindən xəbər verir”.

 

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin beynəlxalq aləmdə təcrid olunması ilə bağlı iddiaları təkzib etmişdi. O bildirmişdi ki, belə böyük ölkəni təcrid etmək çətindir. 

 

Günay 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man