Xaricə gedən hər altı azərbaycanlıdan biri... - STATİSTİKA

Media 02 May 2022 | 14:14
OXUNUB: 2028
Xaricə turist kimi gedən Azərbaycan vətəndaşlarının səfərlərinin məqsədləri açıqlanıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə turist kimi gedən vətəndaşlarımızın daha çox hissəsi istirahət və əyləncə, daha az hissəsi isə dini ziyarət üçün səfər edir.

2022-ci ilin birinci rübünün nəticələrinə əsasən, turizm məqsədilə 188 421 nəfər Azərbaycan vətəndaşı xaricə gedib. Onların 69 521 nəfəri, yəni 37 faizi istirahət və əyləncə üçün səfərdə olublar. Qohumlara, dostlara baş çəkmək məqsədilə 38 158 nəfər (20,2 faiz), işgüzar məqsədlə 29 413 nəfər (15,6 faiz), mağazalara baş çəkmək üçün 29 388 nəfər (15,6 faiz) xaricə üz tutub.

Bunlardan başqa müalicə üçün 11 165 nəfərin, dini ziyarət üçün 7 922 nəfərin xaricə turist səfərinə getdiyi məlum olub. Daha 2 854 nəfər isə digər məqsədlər üçün turist səyahətinə çıxıb.

Vasif

Sfera.az  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man