Yeni iddia: Putinin gənc sevgilisindən 2 oğlu var

Media 02 May 2022 | 13:40
OXUNUB: 2086
Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən media nəhəngi Milli Media Qrupunun sədri Alina Kabayeva ilə bağlı inanılmaz iddia ortaya atılıb.

Sfera.az bildirir ki, İsveçrə mətbuatı Kabayevanın 2 oğlan uşağı dünyaya gətirdiyini və bu uşaqların atasının Putin olduğunu yazıb. "Sonntagszeitung” qəzetinin araşdırmasına görə, uşaqlardan birincisi 2015-ci ildə İsveçrədəki lüks özəl klinikada doğulub. 2019-cu ildə başqa oğlan uşağı dünyaya gətirdiyi iddia edilən Alinanın doğuşu Moskvada gerçəkləşdirdiyi deyilib.

Qəzetin kimliyini gizli saxladığı mənbə, "Alinanın başqa heç bir əlaqəsi olmayıb. Bu, onun üçün çox təhlükəli olardı”, deyə söyləyib. Həmin şəxsin sözlərinə görə, Putin İsveçrədə ilk doğuşda olmasa da, ikinci doğuşda gimnastın yanına gəlib. Kabayeva və Putinin hamıdan gizlətdikləri övladlarının olması ilə bağlı iddialar illərdir səslənsə də, bu məsələ ilə bağlı heç bir rəsmi təsdiq tapılmayıb.
 
Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man