Qarabağa dair üçtərəfli işçi qrupun iclasından GÖZLƏNTİLƏR - "Yeni razılıqlar..."

Media 29 Aprel 2022 | 15:06
OXUNUB: 781
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə keçiriləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində nəticələr çox vaxt Türkiyənin, bəzi hallarda Qərbin vasitəçiliyi nəticəsində mümkün olur:

"Rusiya isə, əksinə, adətən prosesləri tormuzlatmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk telefon danışığı Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda baş tutdu. Ardınca isə diplomatlar ikinci dəfə danışdılar. İkinci mühüm məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan son vaxtlar loyal açıqlamalar verirdi. Əlaqələrin normallaşmasında maraqlı kimi görünürdü. Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra  səsləndirilən bəyanatların məzmunu dəyişdi, ardınca təxribat oldu. Sonra isə Ermənistanda Paşinyan əleyhinə aksiyalar başladı. Beləliklə, Kremlin səmimiliyi daha böyük sual altına düşdü. Rusiya rəsmiləri, o cümlədən Zaxarova zaman- zaman belə açıqlamalar verməklə məsuliyyəti öz boyunlarından atmaq, belə demək mümkünsə, şübhələri yayındırmaq istəyirlər”.

Müsahibimiz bildirib ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində yaxın günlərdə ciddi addımların atılma ehtimalı hər ötən gün artır:

"Bunu Rusiyada da bilirlər. Ona görə gələcəkdə əldə olunacaq nəticələri özlərinin töhfələri kimi təqdim etmək istəmələri də istisna deyil. Həmçinin Moskva bu yolla proseslərdəki moderatorluq statusunu bərpa etmək istəyir. Nəhayət, Ermənistanın "özbaşınalığına" görə Paşinyanı pis vəziyyətdə qoyması da mümkündür. Axı İrəvanın regiona dair siyasəti ilə bağlı direktivlər Moskvadan gəlirsə, bunun arxasında da durmalı idi. Ən azından Ermənistan üçün bu, daha arzuolunan idi.  Yəni Kreml ikili oynayır. Bu mənada Rusiya ilə Ermənistan əlaqələrində "çat"ların daha da dərinləşməsi gözləniləndir. Bunun birinci səbəbi Ukrayna ilə müharibə fonunda Rusiyanın tədricən zəifləyəcəyi ehtimalı və dünya siyasətindən təcrid olunmasıdırsa, ikincisi, əməli ilə sözünün üst- üstə düşməməsidir. Bütün hallarda Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması prosesi davam edəcək. Zaxarovanın dediyi kimi, yaxın günlərdə üçtərəfli işçi qrupun iclasının keçirilməsi və sərhədlərin müəyyənləşdirilməsi bağlı yeni razılıqların əldə olunması mümkündür”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man